Cəlilabad rayonu ərazisində ağır yol qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, Göytəpə şəhərində yük maşını mikroavtobusla toqquşub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir, hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Yaralılar Cəlilabad və Masallı Rayon xəstəxanalarına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.