Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.
Bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov "Tvitter"dəki səhifəsində yazıb.
Azərbaycanla yanaşı komitəyə Niderland, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Şri-Lanka, Kamerun, Küveyt, Cibuti və Toqo da seçilib.
Azərbaycan 2018-2022-ci illərdə komitənin üzvü olacaq. (trend)