Müsəlmanam, şiəyəm, İslam yolundayam. Daha doğrusu, mən şiə əsgərəm.

Avstraliyanın Sidney şəhərində yaşayan bodibilder belə deyir.

Bədəni tatuajla örtülmüş bu yekəpər gənc İnstagram-da "Yakiboy" kimi tanınır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bəzi iddialara görə İrandan, bəzi iddialara görəsə İraqdan Avstraliyaya mühacirət etmiş ailədə böyüyən bu şəxs dərman preparatları və məşqlər vasitəsilə son 4 ildə əzələlərini "şişirtsə" də, intellektual səviyyəsi çox aşağıdır.

Məhz bu səbəbdən "Yakiboy" İnstagram-dakı profilində guya ifrat dəbdəbəli həyat sürdüyünə "dəlalət" edən fotolar paylaşır ki, həmin şəkillərdə bahalı paltarlar, maşınlar, aksessuarlar və s. var.

Özünü "müsəlman əsgər" adlandırsa da, çılpaq və yarıçılpaq fotolarını paylaşan, İslamın bədənə tatu vurmağı, çılpaq görünməyi və s.-ni anlamayan "Yakiboy" Sidneydəki mütəşəkkil cinayətkar qruplaşmalardan biri "Bandidos"un mərhum rəhbəri Tobi Mitçellin əlaltısı idi.

"Bandidos" quldurluq, narkoticarət, qaçaqmalçılıq, reket və s. ilə məşğul olur,

Milli.Az