"The Tudors", "Game of Thrones" kimi məşhur seriallarda rol alan aktrisa Natalie Dormer yeni seriala çəkilir.
Metbuat.az Milli.az-a istinadla bildirir ki, o, BBC2 kanalında yayımlanan "Picnic At Hanging Rock" serialına çəkilir.
Ekran işinin ilk seriyası uğurlu alınıb və İngiltərə millisinin Dünya Çempionatında yarımfinal oyunu zamanı 1 milyon baxış toplayıb.
Yuxarıda adı çəkilən seriallarda çılpaq halda kamera qarşısına keçən aktrisa The Sun-a müsahibəsində bildirib ki, bu serialda da açıq-saçıq səhnələr olacaq.
"Seks və romantika insan motivasiyasının bir hissəsidir. Əgər məqsəd bilgi verməkdirsə, bunda hər hansı problem görmürəm", - deyə 36 yaşlı Natali söyləyib.
Qeyd edək ki, "Picnic At Hanging Rock"in ssenarisi eyni adlı əsərdən götürülüb.