Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"
19:04 19 İyul 2018
80 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olmasıyla bağlı xəbərlərə aydınlıq gətirib.

                  

Lent.az-ın xəbərinə prə, müğənni "Ölkə.Az"a açıqlamasında bildirib ki, "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu götürüb və hazırda həmin mövzunu işləmək üçün Şamaxıdadır:

 

"Hələ ki, fəlsəfə doktoru deyiləm və yayılan məlumatlar yanlışdır. Hazırda Şamaxıdayam və bu mövzunun üzərində çalışıram".

 

Xatırladaq ki, elektron mediada Dostəliyevanın "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilərək, fəlsəfə doktoru elmi dərəcəsinin təsdiq olunduğu yazılırdı.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR