Əməkdar incəsənət xadimi Cavan Zeynallı Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində tələbəlik illərindən danışıb.
Milli.Az ölkə.az-a istinadən verdiyi məlumata görə, Zeynallı əfsanəvi insanlardan bəhrələndiyini bildirib:
"İnsan çox dil bilməlidir. Biz Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev kimi insanlardan öyrənmişik. O vaxt Bakıda hamı rusca danışırdı. Niyə rus dilindən bu qədər qorxursunuz? Hesab edirəm ki, insan bir dil bilməməlidir. Bir dil bilən insan yarımçıq insandır".
Cazmen canlı efirdə ingilis dili bilgilərini də nümayiş etdirib.
Milli.Az