ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli BMT-nin Kubaya qarşı ABŞ embarqosunun ləğv edilməsi haqqında qətnaməsini kəskin tənqid edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Heyli yaydığı bəyanatda BMT-nin Kubada insan haqlarının pozulmasına reaksiya vermədiyini bildirib. O bu qətnamənin heç bir kubalıya və Kuba ailəsinə yardımçı olmayacağını açıqlayıb.

Heyli həmçinin ABŞ-ın bundan sonra da Kuba xalqının haqlarını müdafiə etməyə davam edəcəyini bildirib. O, BMT-nin ABŞ embarqosunun əleyhinə səs verməklə insan haqlarının pozulmasına göz yumduğunu və uduzan tərəfdə yer aldığını deyib.

Qeyd edək ki, bundan öncə BMT ABŞ-ın Kubaya qarşı embarqosunun ləğvi haqqında qətnamə qəbul edib. Qətnamənin lehinə 189 ölkə səs verib.

Milli.Az