Dekabrın 6-dan etibarən Kuba əhalisi üçüncü nəsil (3G) mobil rabitə texnologiyası üzrə mobil internetə çıxış əldə edəcəklər.
Publika.az xəbər verir ki, Kubanın “ETECSA”
dövlət telekommunikasiya müəssisəsinin vitse-prezidenti Tanya
Velaskesin sözlərinə görə, internetə qoşulma üçün Kuba sakinlərinin
“3G” texnologiyasını dəstəkləyən telefona sahib olması
kifayətdir.
"İnternetə qoşulma prosesi 8 dekabradək tədricən həyata
keçiriləcək. Hər bir abunəçiyə xidmətin aktivləşdirilməsini təsdiq
edən mesaj göndəriləcək" – Velaskes deyib.
O, həmçinin bildirib ki, istifadəçilər üçün müxtəlif trafik həcminə
malik bir neçə tarif əlçatan olacaq.