Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro Kuba inqilabının 60-cı ildönümü münasibəti ilə tədbirdə ölkənin ABŞ-la hörmətə əsaslanan münasibətlərə hazır olduğunu bildirib.Bu barədə Milli.Az report-a istinadən xəbər verir."Bizi güc və təhdid dili qorxutmur. Xalqın birliyi - bu dağılmaz reallıqdır. Bu gün biz inqilabı müdafiə edən xalqıq. Amma mən ABŞ-la sivil və hörmətcil münasibətlərə hazırlığımızı vurğulayıram", - deyə Kastro bildirib. Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubaya qarşı ticarət sanksiyalarının 2019-cu ilin 14 sentyabrınadək uzadılması barədə qərar qəbul edib. Ağ Ev başçısı bununla yanaşı, embarqonun yumşaldılması imkanını da saxlayıb.Milli.Az