“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Meksikanın "Milenio" portalı məlumat yayıb.
Bildirilir ki, təyyarə Havanadan təqribən 40 km aralıda yerləşən Artemisa əyalətinin Quira-de-Melena bələdiyyəsində yerə düşüb. Pilot katapult edə bilib, təyyarə boş əraziyə düşüb.
İlkin məlumatlara görə, söhbət Sovet istehsalı olan "MiQ-23" qırıcısından gedir.