Rusiya Kuba və Venesueladakı rejimlərə dəstəyə görə yüksək qiymət ödəyə bilər.

Publika.az xəbər verir ki, bu haqda Venesuela üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams CNN telekanalının efirində deyib.

“Ağ Ev administrasiyası Rusiyanı Venesuela prezidenti Nikolas Maduroya dəstəyə görə yüksək qiymət ödəməyə məcbur edəcək. Buna şübhə yoxdur”, - o deyib.

Daha əvvəl isə, Abrams Venesueladakı vəziyyətlə əlaqədar sanksiyaların tətbiqi imkanı haqqında Rusiyaya xəbərdarlıq edib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.