Antalyanın Alanya rayonunda, atasının işlətdiyi restoranın həyətində, üzərinə yelləncək düşən 5 yaşlı qız həyatını itirib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında restoranın həyətində baş verib.

İddiaya görə, Eda və Mehmet Yılmaz cütünün 5 yaşlı qızı Merve Ela Yılmaz restoranın həyətdəki yelləncəkdə oynadığı zaman yelləncək ilə birgə aşıb.

Vəziyyəti görən və dərhal müdaxilə edən ata xəstəxanaya üz tutub.

Göstərilən müdaxilələrə baxmayaraq kiçik qızın həyatını xilas etmək mümkün olmayıb.

Çok feci olay! Üzerine salıncak düşen küçük kız öldü

Brazilyada sel səbəbilə 10 nəfər ölüb