Brazilyanın Rio-de-Janeyro şəhərində şiddətli yağış səbəbilə 10 nəfər ölüb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, şəhərin cənub və qərb bölgələrində davam edən yağışlar səbəbilə 1200 nəfər evindən təxliyə edilib, 220 nəfər evsiz qalıb, 10 nəfər ölüb.
Rio-de-Janeyro xilasetmə briqadası yağışdan qaçmağa çalışan nənə, nəvə və taksi sürücüsünün, fərqli bölgələrdə üç nəfərin sel sularında boğulduğunu, sel sularının gətirdiyi palçıq səbəbilə 3 nəfərin öldüyün, bir nəfərin elektrik vurması nəticəsində öldüyün açıqlayıb.
Aysel Yaqubqızı / Metbuat.az