Payız aylarında orqanizmin vitamin və minerallara olan ehtiyacını qarşılamaq üçün gündəlik qidalanmaya bəzi tərəvəzlərin əlavə edilməsi vacibdir.

Metbuat.az xəbər verir ki, xüsusilə çuğundur, kələm və pomidor sağlamlığın qorunmasında mühüm rol oynaya bilər.Ümumiyyətlə, mövsümi tərəvəzlərin immunitet sisteminin dəstəklənməsində əhəmiyyəti böyükdür.Çuğundur maqnezium, kalium, dəmir, C və B vitaminləri, eləcə də antioksidantlarla zəngindir. Bu tərəvəz qan təzyiqinin tənzimlənməsinə, həzmin yaxşılaşmasına və qan yaranması prosesinə müsbət təsir göstərə bilər.

Dietoloqlar həftədə 500–700 qram çuğundur istehlak etməyi tövsiyə edir.

Payız menyusuna kələm, pomidor, şalğam və ənginar əlavə etmək də yaxşı olar.

Təzə və minimum emal olunmuş tərəvəzlər qida dəyərinin qorunması baxımından daha faydalıdır.