Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Metbuat.az xəbər verir ki, bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir.

9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür.

Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahət günü noyabrın 10-na keçiriləcək.

Beləliklə, noyabrda 4 gün ardıcıl - 7, 8, 9 və 10 noyabrda iş olmayacaq.