Türkiyənin tanınmış müğənnisi Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin qonağı olub.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, X.Hidayətqızı həyat yoldaşına ayrılacaqları təqdirdə övladlarını ondan alıb-almayacağı barədə sual verib:
"Mən tək yaşaya bilərəm, iyirmi il tək yaşadım. Amma övladlarımın atasız böyüməsini istəmirəm. Allah eləməsin, aramızda böyük davalar olsa, Arda ilə Arını məndən ayıra bilərsinizmi?"
Teleaparıcının sualında həyat yoldaşı belə cavab verib:
"Nə olur-olsun, övladlarımı səndən ayırmaram, ikisi də səndə qalar. Mən də gəlib görərəm, nə lazımsa edərəm. Ata övladını nə qədər sevsə, ananın sevdiyinin milyardda birini sevə bilməz. Mən atasız-valideynlərsiz böyüdüm. Amma sən çox gözəl ana olduğun üçün gözlərimi qırpmadan övladlarımı sənə təslim edərəm".
Milli.Az