Sudanın müdafiə naziri Avad bin Auf ölkənin keçid Hərbi Şurasının qərarı ilə istefaya göndərilib. "Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar günü paytaxt Xartumda keçirilən mətbuat konfransında Şuranın rəsmi nümayəndəsi Şəms əd-Din Kubaşi İbrahim deyib. Bundan əlavə, ölkənin xüsusi xidmət orqanlarında yerdəyişmələr olub.