Bakı. Trend:

Vaşinqton Kubaya dair sanksiyalar siyahısına daha 5 hüquqi şəxsi əlavə edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumta görə, bu barədə ABŞ Dövlət Departamentinin press-relizində deyilir.

Məlumatda bildirilir: "Dövlət Departamenti Kubaya dair sanksiyalar siyahısını yeniləyib və bu ölkənin hərbçilərinə aid 5 hüquqi şəxsi siyahıya əlavə edib. Dəyişikliklər bu gündən qüvvəyə minir".

Sənəddə qeyd edilir ki, ABŞ Amerika şirkətlərinin birbaşa Kubanın təhlükəsizlik xidmətini dəstəkləməməsi üçün sanksiyalar siyahısını yeniləməyə davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin