Ötən gün Sabunçuda 13 yaşında qızın anası olması faktı ilə bağlı araşdırma aparılır.

Metbuat.az-a Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, məktəblə bağlı hər hansı məsələlər olacaqsa, müvafiq tədbirlər görüləcək:

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər məktəbin fəaliyyətindən irəli gələn digər təfərrüatlar olarsa, müvafiq tədbirlər görüləcək",- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, sentyabrın 6-da saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsi baş verib. 2009-cu il təvəllüdlü ana 3 600 qram çəkidə uşaq dünyaya gətirib.

Araşdırmalar davam edir.

Həmçinin oxuya bilərsiniz: 13 yaşlı qız necə hamilə qala bilər? - Ginekoloq AÇIQLADI