Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta kеçirilən tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 937 min 318 manat оlan qaçaqmal, о cümlədən spirtli içki və tütün məmulatları saxlanılıb.

Metbuat.az bu barədə DSX-ya istinadən xəbər verir.

Qeyd edilib ki, ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 39 kq 036 qram narkоtik vasitə, 759 ədəd psixotrop həblər aşkarlanaraq götürül­üb.