Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova və təşkilatın Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə eksperti Filip Drapak ilə görüşüb.
Metbuat.az bu barədə Agentliyə istinadən xəbər verir.
Görüşdə Dövlət-Özəl Sektor Tərəfdaşlığı sahəsində birgə əməkdaşlığa, KOB-ların iştirakı ilə bu sahədə layihələrin maliyyələşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.