Qızılın qiyməti cüzi bahalaşıb.
Metbuat.az xəbər verir ki, Nyu-Yorkun “COMEX” birjasında qızılın dekabr fyuçersləri olaraq 0,24 % və ya 3,95 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 653,65 dollara satılıb.
Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,3 % artaraq 1 unsiyası 19,247 ABŞ dolları təşkil edib.