2020-ci ilin iyun ayından bu il oktyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 milyon manat həcmində zəmanət verilib.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir deyib ki, bu kreditlərin illik faiz dərəcəsinin 50 faizinin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib.