Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyanı təbrik edib.

Metbuat.az-ın xəbərinə görə, Nazirliyin tviterində edilən paylaşımda Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı təbrik yazılıb:

“Bu gün Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Efiopiya hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Efiopiya arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”.