Xəbər verdiyimiz kimi, bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı mediatur təşkil olunub.

Metbuat.az-a İdarənni mətbuat xidmətindən verilən məlumata görə, paytaxtdakı 54 və 9 nömrəli tam orta məktəblərdə keçirilən mediaturda BŞTİ-nin müdir müavini Orxan Kərimov, Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və KİV nümayəndələri iştirak ediblər.

O.Kərimov aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlərin aşkar olunduğunu, həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparıldığını və digərlərində hazırda müvafiq tədbirlərin davam etdirildiyini nəzərə çatdırıb. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlərin aşkarlandığını bildirən müdir müavini problemlərin aradan qaldırılması üçün zəruri işlərin görüldüyünü deyib.