Azərbaycan və Türkiyə KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi, bu istiqamətdə birgə təşəbbüslər müzakirə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tviterdə məlumat verib.

Onun sözlərinə görə, müzakirələr Türkiyə nümayəndə heyətinin tərkibində ölkədə səfərdə olan Türk Girişim və İş Dünyası Konfederasiyasının İdarə Heyətinin sədri Süleyman Sönmezlə görüş çərçivəsində baş tutub.