Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkü anıb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirliyin tviter hesabında paylaşım edilib.

“Bu gün, qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq”, - paylaşımda bildirilib.