“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”.

Metbuat.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tviterində paylaşım edilib.

“Azərbaycan hökuməti və və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, - təbrikdə bildirilib.

Qeyd edək ki, bu gün - 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.