Doğuşdan sonra artıq çəki, dartılmalar, formasını itirmiş bədən hər qadının qarşılaşdığı problemlərdəndir. Müəyyən yaşdan sonra doğuşdan sonrakı dəyişikliklərlə mübarizə aparmaq daha da çətinləşir. Bu vəziyyətdə fitness və ya masaj, pəhriz və ya kosmetik prosedurlar kimi standart üsullar işləmir. Belə hallarda yalnız plastik cərrah bir qadını narahat edən bütün çətinliklərdən azad edə bilər.

Doğuşdan sonra cərrahi bərpa, yaşlanma əleyhinə prosedurlar üzrə ixtisaslaşmış rusiyalı peşəkar plastik cərrah Evgenia Pozdniakova bu sahədə unikal texnikaya malikdir.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Ümumi Tibb Fakültəsini bitirən Evgenia Pozdniakova III Ümumrusiya Baltik Konqresinin üzvüdür.

Hər zaman işində ciddi münasibət və peşəkarlıq nümayiş etdirən cərrah ISAPS-in fəal üzvüdür. "Bədən plastik cərrahiyyəsi, estetika və rekonstruksiya" üzrə ISAPS təliminin iştirakşısıdır. Tibb sahəsində baş verən yenilikləri öyrənmək və öz sahəsinə tətbiq etmək üçün o, eyni zamanda mütəmadi olaraq plastik, estetik cərrahiyyə və kosmetologiya üzrə elmi forum və seminarlarda iştirak edir.

Evgenia Pozdniakova 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The Successful Plastic Surgeon” nominasiyasına layiq görülüb.

Rusiyalı peşəkar plastik cərrah Evgenia Pozdniakova Bakıda təltif olundu -

Rusiyalı peşəkar plastik cərrah Evgenia Pozdniakova Bakıda təltif olundu -

Rusiyalı peşəkar plastik cərrah Evgenia Pozdniakova Bakıda təltif olundu -