Bakı şəhərinin Qaradağ rayonunda “Xəzər” markalı minik avtomobili yol kənarına aşıb və yanıb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.