Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Metbuat.az xəbər verir ki, avronun məzənnəsi 0,9 % artaraq 1,7980 manat, Rusiya rublunun məzənnəsi 0,4 % artaraq 0,0271 manat təşkil edib.

Türkiyə lirəsinin məzənnəsi isə dəyişməyərək 0.0912 manat olub.