Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini Binəli Yıldırım ümumilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə paylaşım edib.
Metbuat.az xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib.
“Vəfatının 19-cu ildönümündə Azərbaycanın keçmiş Prezienti Heydər Əliyevi rəhmətlə anırıq. Ruhu şad, məkanı cənnət olsun”, - paylaşımda bildirilib.