Devid Bekhem satın aldığı "Myami Yunayted" klubunu keçmiş komanda yoldaşına tapşırmaq niyyətindədi. Fanat.az xəbər verir ki, ingilis futbol əfsanəsi Roberto Karlosu ABŞ-a aparır.


İddiaya görə, Bekhem "Real"da birlikdə oynadığı braziliyalı veteranı sahibi olduğu kluba baş məşqçi təyin edəcək.


Qeyd edək ki, Roberto Karlosla Devid Bekhem 2003-2007-ci illərdə birlikdə "Real"da çıxış edib. Hazırda Hindistanın "Dinamo" (Dehli) klubuna başçılıq edən Karlos bundan əvvəl Türkiyənin "Sivasspor" və "Akhisar Bələdiyyəspor" klublarını çalışdırıb.


Fanat.az