"Yuventus"un vitse-prezidenti Pavel Nedvedə yeni vəzifə verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Nedved Çin Superliqasının səfiri olub.
Bu barədə danışan "Yuventus"un sabiq futbolçusu deyib: "Daha öncə bu vəzifəni Devid Bekhem icra edib. Bu, həm mənim, həm də ölkəm üçün böyük şərəfdir. Çin hazırda böyük iqtisadi və idman potensialına malikdir".
Milli.Az