İngiltərə milli komandasının hücumçusu Ueyn Runi milli komandanın formasını 114-cü dəfə geyinib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AÇ-2016-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində baş tutan Slovakiya ilə qarşılaşmada sonradan oyuna girən "Şrek" ləqəbli hücumçu bu göstərici ilə əfsanəvi Stiven Cerrarda çatıb və üçüncü pilləyə yüksəlib.

Onun ikinci pilləyə çıxması üçün növbəti matçda forma geyinməsi yetərli olacaq. Bu halda "Mançester Yunayted"in üzvü daha bir əfsanəni - Devid Bekhemi geridə qoyacaq.

Qeyd edək ki, İngiltərə millisinin formasını ən çox qapıçı Piter Şilton geyinib. O, 1970-1990-cı illər aralığında 125 dəfə yığma komandanın şərəfini qoruyub.

Milli.Az