Bakıya gəlmək istəməyən Bekhemin hərəkətini təkrar elədi

Bakıya gəlmək istəməyən Bekhemin hərəkətini təkrar elədi
19:05 7 Noyabr 2016
141 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Luis Suares İspaniya La Liqasının XI turunda "Sevilya" ilə səfər matçında sarı vərəqə alaraq, cəzalı duruma düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, uruqvaylı forvard bunu qəsdən etdiyini boynuna alıb.

Suares görüşdən sonra açıqlamasında artıq ağır qarşılaşmalara daha rahat hazırlaşacağını bildirib: "Belə bir vəziyyətdə sarı vərəqə almağım yaxşı oldu. İndi "Real Sosyedad" və "Real"la çətin qarşılaşmalara daha rahat çıxacam və mübarizə aparmaqdan çəkinməyəcəm".

Xatırladaq ki, AÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Uelslə III tur matçında qəsdən sarı vərəqə alan Devid Bekhem cəzalı duruma düşmüş və İngiltərə yığması ilə Bakıya gəlməkdən canını qurtarmışdı.

Bekhem bu addımı Azərbaycan millisi ilə görüşdə zədələnməkdən ehtiyatlandığı üçün atmışdı. Adalılar həmin vaxt Maykl Ouenin yeganə qolu sayəsində qalib gəlmişdilər.

2012-13 mövsümündə "Real"ın futbolçuları Serxio Ramos və Xabi Alonso da eyni üsuldan yararlanmışdılar. Çempionlar Liqasının 1/4 final mərhələsində "kral klubu"nun "Qalatasaray" üzərində 3:0 hesabı ilə qələbə qazandığı ilk oyunun sonlarında adıçəkilən futbolçular qəsdən sarı vərəqə alaraq, cəzalı duruma düşmüşdülər. "Real" Türkiyədə 2:3 hesabı ilə yenilsə də, yarımfinala adlamış və Ramosla Alonso da "Borussia" (Dortmund) ilə qarşılaşmalarda iştirak etmişdilər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR