Şirvanda iki nişanlı qız itkin düşüb

Şirvan sakinləri olan gəlin və baldız itkin düşüb.

Metbuat/az bildirir ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar.

Aytac Zahidovanın anası Flora Zahidovanın bildirdiyinə görə, nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan Polis Şöbəsinə yazılı müraciət olunub. Onların hansı səbəbdən yoxa çıxmaları məlum deyil.

Hazırda onların axtarışları davam etdirilir. // APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR