Bürclər
Balıqlar
20 Fevral - 20 Mart
20 Fevral - 20 Mart
Ümumi bürc proqnozu
Element - Su
Xüsusiyyət - Dəyişkən
Qiymətli Daşı - Ay Daşı
Məşhurlar - Victor Hugo, Albert Einstein, Elizabeth Taylor, Frederic Chopin, Rosa Luxemburg, Georg Friedrich Handel, Ornella Muti, Mihail Gorbaçov, Paolo Pasolini, Michelangelo
Balıq bürcü, dəyişən qrupdan aldığı xüsusiyyətləri ətrafındakı insanların duyğularını anlamaq və düzəltmək üçün istifadə edər. Dəyişən bürclərin ünsiyyətçisidir. Balıq eyni zamanda su qrupundan olduğu üçün digər insanlarla əlaqədardır, onların dərdlərini dinlər, kürəklərini tumarlayar və işlərinə yarayacaq tövsiyələr verər. Balıq bürcünün adaptasiya olma qabiliyyəti elə inkişaf etmişdir ki, kömək etməyə çalışdığı insanların xüsusiyyətlərini ala bilər və ətrafındakı insanlara bənzəməyə başlar. Hətta bəzən özünün harada bitib digər insanın harada başladığını belə qarışdıra bilər. Qarşısındakı insanın dərdini üstünə o qədər götürmüşdür ki, o adamın problemi həll edildikdən sonra belə Balıq bunu öz üzərindən ata bilməz. Balıq bürcüylə hər hansı bir mövzuda məsləhətləşmişsinizsə onu mütləq yeniliklərdən xəbərdar edin yoxsa o hələ eyni nöqtədə sizin üçün narahat olacaqdır. Balıq bürcünün dəyərini bilin və onun yaxşı xasiyyətlərini istismar etməyin.
Zodyakın on ikinci bürcü, xəyallar, dumanlar, öncəgörümlər planeti Neptünün rəhbərliyindəki Balıqlar... Astrologiyada on ikinci ev gizli düşmənləri, şüuraltını və çətinlikləri işarələyir. Su qrupu olan Balıq bürcləri dəyişən xüsusiyyət göstərərlər. Balıqlar planetləri Neptunun onlara verdiyi bir çox xüsusiyyəti əks etdirərlər.
Məşhur Balıq
Balıqların yumşaq, səbirli, itaətkar təbiətləri vardır. Comərd şəxsiyyət xüsusiyyətlərinə sahib Balıqlar yoldaş canlısı, yaxşı xasiyyətli, nəzakətli, şəfqətli, insanların duyğularına qarşı həssasdırlar. Əzab çəkən insanlara qarşı həqiqi bir simpatiya və köməksevərliklə yaxınlaşarlar. Bu xüsusiyyətləri səbəbiylə böyük bir məşhurluğa sahibdirlər. Balıqların dolanılması asan, şəfqətli, güclü və xaricə dönük, insanları təhdid etməyən bir təbiətləri vardır. Ətraflarındakı insanları və şərtləri, öz arzularına görə istiqamətləndirmək və dəyişdirmək yerinə, olduqları kimi qəbul edərlər. Təşəbbüs alıb, problemləri həll etməyə çalışmaq yerinə səbirlə problemlərin öz-özünə həll edilməsini gözləyərlər. Öz problemləri haqqında düşünməkdən xoşlanmaz, başqalarının problemləriylə daha çox maraqlanarlar.
Xəyal dünyası
Balıqlar bu dünyada yaşanan praktik məsələlərlə çox maraqlanmazlar. Həyatın praktik problemlərinə qarşı başqa bir dünyadan gəlmiş kimi davranma meylləri vardır. Bəzən şüurludan çox romantik, intellektualdan daha çox instinktiv olaraq yaranmış kimidirlər. Balıqların daim çox böyük yaradıcılıq potensialına sahib olduqları düşünülmüşdür. Doğrudur da. Həqiqətən çox yaradıcıdırlar. Digər tərəfdən intizam və məhdudlaşdırmadan xoşlanmazlar. Doqquzdan altıya çalışılan işlər onlara görə deyil. Ümumiyyətlə mövcud statusun davamını istəyərlər çünki təşkil olunmuş nizama qarşı çıxacaq enerji və motivasiyaları yoxdur. Ənənəyə, sistemə qarşı etdikləri üsyanlar fərdidir. Balıqlar xülyalar dünyasına çəkilməyə meyllidirlər. Sənət olaraq xeyli yaradıcı olduqlarından, bu xülyalar dünyasında təminat, bəzən şöhrət və pul mükafatları taparlar. Balıqlar dəyişən və hissidir. Tez anlama qabiliyyətləri vardır, yaxşı dinləyicidirlər. Yeni fikirləri və atmosferləri asanca hiss edərlər. Bütün bu xüsusiyyətlər, onların ədəbiyyat, musiqi, sənət sahəsində xatiri sayılacaq bir yaradıcılığa sahib olmalarını təmin edər. Balıqların bunların yanında kahinlik qabiliyyətləri də vardır. Bu qabiliyyət, bəzi mövzularda düzgün seçimləri də asanlaşdırar. Sanki onlara dumanlı bir pərdənin arxasından pıçıldanılmış kimidir. Onsuz da Balıqlar dünyanı o dumanlı pərdənin arxasından görərlər. Özlərini yaradıcı olaraq ifadə edə bilməyən, etmə imkanı tapa bilməyən Balıqlar belə sevgiyə, sənətdəki və təbiətdəki gözəlliyə qarşı sıravi bir insandan çox daha çox həssasdırlar. Sanki gözəllik instinktləri vardır. Bir pişiyin rahatlıq və zövqü sevməsi kimi onlar da rahatlıq və lüksü sevərlər, uzaq, eqzotik yerlərdən ötrü darıxar, yeni həyəcanlar axtararlar.
Sadiq qalmaları çətindir
Balıqlar fərdi əlaqələrdə eqoist deyildirlər. Yoldaşlarına onların tələb etdiklərindən çoxunu verərlər. Cinsi olaraq həssasdırlar, bəzən sekse soyuq münasibət də bəsləyə bilərlər. Bəzi Balıqlar, sevgililərinin bədənindən çox ruhlarının və zehinlərinin içlərində hissetmək istəyərlər. Çox təəssüf ki, pərəstişkarlıq edən sevgililəri onları bu mövzuda tez-tez yanıldar. Cinsiliyi kobud bir anlayışla qəbul edən bir sevgili ilə evlənsələr, birlikdə olsalar, bədbəxt ola bilərlər. Amma onsuz da dərin sədaqətləri, yuva sevgiləri yoxdur və sadiq qalmaları da çətindir.
Zehni səyyah
İş həyatında öz başlarına çalışmaq istəyərlər. Öz başlarına çalışa bilmirlərsə, idarə etmək yerinə, digərlərinin yanında çalışsalar daha xoşbəxt olarlar. Qabiliyyətləri fərdidir. Xüsusilə reklamçılıq sahəsində çox müvəffəqiyyətli ola bilərlər. Kiçik bir müəssisədən daha böyüyünü idarə edə bilməyəcəklərini bilirlər və həmişə bir böhran çıxmasından və bu böhranı idarə edə bilməməkdən qorxarlar. Yaxşı bir katibə və kitabxanaçı olarlar. Təbiətlərində olan simpatiklik Balıqların yardım işlərində, tibb bacısı kimi vəzifələrdə, baytarlıq kimi peşələrdə müvəffəqiyyətli olmalarını təmin edər. Balıqlarda zehni səyyahlıq ehtirası vardır. Adları qulağa qəribə gələn uzaq diyarlara düşkündürlər. Bu səbəblə dənizçi və səyyah ola bilərlər. Yenə bir çox memar və vəkil də Balıqlar arasından çıxar. Yaradıcılıq qabiliyyətləri, təqlid qabiliyyəti və başqa insanların duyğularını qəbul etmə tutumuyla birləşsə, Balıqlar səhnə və kino dünyasında da böyük müvəffəqiyyət göstərə bilərlər. Ruhani xüsusiyyətləri onları din adamlığına istiqamətləndirə bilər. Yenə astroloq, kahin və mistik də ola bilərlər. Yemək, restoran xidməti sahəsində, baş aşpaz olaraq müvəffəqiyyət göstərə bilərlər. Balıqlardan yaxşı dedektivler də çıxar. Bunun səbəbi özlərini böyük rahatlıqla bir günahkarın yerində xəyal edə bilmə hallarıdır. Bir günahkarın zehininin necə işlədiyini asanca sezə bilərlər. Texniki mövzulara gəlincə isə, anesteziya mütəxəssisi olaraq müvəffəqiyyətlidirlər. Maye, qaz plastiklə çox yaxşı çalışa bilərlər. Canlı və dəyişən olduqlarına görə bir proyekt üzərində çox asan fikirlərini cəmləşdirə bilməzlər. Bu səbəblə birdən çox iş görə bilərlər.

Son xəbərlər »
Ukrayna Rusiya ilə ərazi güzəştini müzakirə edir -
12 Oktyabr 2024
14:08
Sabah bu ərazilərə qar yağacaq
12 Oktyabr 2024
13:18
Namiq Mənanın restoranında dava -
12 Oktyabr 2024
12:41
"SeaBreeze"də ev udan qadın danışdı -
12 Oktyabr 2024
12:24
Bakıya ilk qar nə vaxt yağacaq? -
12 Oktyabr 2024
12:07
İlham Əliyev İspaniya Kralını təbrik etdi
12 Oktyabr 2024
11:50
Oktyabrda 3 bürcü çətin sınaq gözləyir
12 Oktyabr 2024
11:35
15 yaşlı oğlan faciəvi şəkildə öldü
12 Oktyabr 2024
11:16
Bakının 3 küçəsində hərəkət məhdudlaşdırıldı -
12 Oktyabr 2024
10:45
Laçın şəhərinə getmək istəyənlərin nəzərinə
12 Oktyabr 2024
10:06