Flora Kərimova
Müğənni
1960-günümüz
Unuduram, Ağ göyərçin, Ağ tut, Ağlamasın şahlım söyüd, Aldatma məni, Allah mənim köməyim ol, Ana, Apar məni, Araz bayatıları, Ay sevgilim, Ayrılıq olmasaydı, Bağışla, Bağışla (duet Ramal Rəsul), Bakı sabahın xeyir, Bakının gecəsi, Baxma, Bayatılar, Bəhanəsiz get, Bilməzdim, Bir axşam taksidə, Bir axşam taksidən, Bir daha, Bir hava çal (ft Səməd Səmədov), Bir payız axşamı, Bir qəribəm, Bir ürək bağışla ki, Bizə qismətdir, Bu dünya, Bu qatarın dalınca baxma, Bu sevgi hardan gəldi, Bunu səndən gözləməzdim, Çinar və mən, Daha məndə dözüm yox (duet Rövşən Civişov), Dalğalar, Darıxma, Darıxmışam (duet Nadir Qafarzadə), Dayan zaman, Dünya köhnə dünyadı, Əlacım, Əlvida
Böyük dayaq (film, 1962), O qızı tapın (film, 1970), Gün keçdi (film, 1971), Qız, oğlan və şir (film, 1974), Şahzadə-qara qızıl (film, 1974), Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film), Şir evdən getdi (film, 1977), Toplan və kölgəsi (film, 1977), Qayınana (film, 1978), Sonrakı peşmançılıq (film, 1978), Onun bəlalı sevgisi (film, 1980), Evləri köndələn yar (film, 1982), Əzablı yollar (film, 1982), Bağışla (film, 1983), Humayın yuxusu (film, 1985), Səndən xəbərsiz (film, 1985), Xüsusi vəziyyət (film, 1986), Sən həmişə mənimləsən (film, 1987), Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film), Ünvansız eşq (film, 2012), Qanun naminə (film, 1968), Həyat bizi sınayır (film, 1972), Yollar görüşəndə... (film, 1979), Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii film), Toyda görüş (film, 1970), Konsert proqramı (film, 1971) (I), Mahnı qanadlarında (film, 1973) (tammetrajlı musiqili-bədii televiziya filmi), Payız melodiyaları (film, 1974), Nəğməkar torpaq (film, 1981), Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995), Sonun başlanğıcı (film, 2012), Ləkə (teleserial, 2013)
Azərbaycan Respublikasının xalq artisti (1992)
Flora Kərimova üç dəfə ailə qurub. Zümrüd Şəfiyeva adlı bir qızı və oğlu var, İbrahim Topçubaşovla ailəli olub.
Ad,Soyad Flora Kərimova
Yaş 23 İyul 1941 (83 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Yenilənmə tarixi 07-01-2017

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirmişdir. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün Qaynana filmində Dilbərin ariyası, Sular qız romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında Leyli), xalq mahnıları, Bəstəkar mahnılarının Klassik Art-Estrada (Sovet Estradası) janrlarının Ustad Sənətkarıdır. Azərbaycan Klassik Art-Estrada janrının banisidir (Ona qədərki Sənətkarlar - Rəşid Behbudov və Mirzə Babayev daha çox milli çalarlı estrada bəstəkar mahnıları ifa edirdilər), Bəstəkar Elza İbrahimova, xüsusi olaraq Flora Kərimovanın səsi üçün Afət operasını bəstələmişdir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur. Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (Leyli və Məcnun (opera)|"Leyli və Məcnun", Üzeyir Hacıbəyov) partiyasında çıxış etmiş (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilmişdir. Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn İmma Sumac) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir - yəni bütün notları əhatə edir (istər aşağı, istərsə zil və eləcə də orta yüksəklikdə olan).

Həddən artıq hipertrofiya olunmuş ədalət hissi, vətənpərvərliyi və heç kimə yarınmaq istəməyən xasiyyətinə görə, Xalq artisti öz sənət ömrünün demək olar ki, 3/4-ü qadağada olmuşdur. Amma, hətta buna baxmayaraq, Qızıl Fondda ən çox sayda əsərlər Flora Kərimovaya məxsusdur. İlk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə almışdır. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ Şikəstəsini oxumuşdur. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ Şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirmişdir. Lakin, Bakıya qayıtdıqdan sonra, o dövrkü mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək, Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırmışdılar. Sonradan, Moskvadan gələn Mədəniyyət məsələləri ilə bağlı heyətin tərkibində olan, yüksək rütbəli məmurun xanımının (hansı ki, Flora Kərimovanın ifasını tanıyırdı,) xahişi ilə xanım Kərimova səhnəyə qaytarılmışdır. Daha sonralar, Azərbaycanın birinci katibinin istəyini həyata keçirmədiyinə görə yenidən səhnədən kənarlaşdırılmışdır. Lakin Sovet dövründə ən uzunmüddətli qadağanın tarixcəsi daha maraqlı olmuşdur. O dövrdə, Moskvada belə qərara alınmışdır ki, hər respublikadan bir nəfərə SSRİ xalq artisti adı verilsin. Flora Kərimovanın, Moskvanın Mərkəsi Televiziyasının sifarışı ilə çəkilmiş musiqili filmdəki ifasından mütəəssir olan, SSRİ Mədəniyyət Nazırliyinin əməkdaşları, Azərbaycandan seçiləcək sənətkarın Flora Kərimova olmasını istədiklərini bildirmişdirlər. Bu qərarın əsas səbəbi, sənətkarın Fantastik ölçülərə malik səs imkanlarının olması idi və bundan əlavə, FLora Kərimova bir çoxlarından fərqli olaraq, Ali Musiqi Təhsilinə malik idi (həm Asəf Zeynallı adına musiqi məktəbini, həm də Konservatoriyanı bitirmişdir), həm də rus dilini sərbəst bilirdi (bu o dövrdə, ziyalı üçün vacib şərt idi). Lakin son anda, elə sənətkarın özü bu məsələni alt-üst etdi. Belə ki, o dövrdə SSRİ xalq artisti adını almaq üçün, əvvəl Azərbaycan SSR xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını verəcəkdilər. Əvvəlcə hər məqam yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına gəldikdə, FLora Kərimova Qətiyyətlə fəxri adları almaqdan imtina etdi. Təbii ki, bu Mərkəzi Komitəni təəccübləndirməyə bilməzdi. Hadisədən qəzəblənmiş Azərbaycan məmurları Kərimovanı növbəti dəfə hakimiyyətin arzuolunmaz şəxslər siyahısına daxil etdilər. Uzun müddət diskriminasiyalara məruz qalan Kərimova, hətta bu səbəblər üzündən bir müddət Polşada yaşamalı olmuşdur. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) baş katibinin xanımının təşəbbüsü ilə xeyli müddət sonra Flora Kərimova yenidən səhnəyə qatarılmışdır.

Bütün bu ədalətsiz qadağalar zamanı ən vicdansız addım isə, sənətkarın ifa etdiyi əsərlərin arxivdən məhv edilməsi idi. Belə ki, Flora Kərimovanın ilk ifaçısı olduğu sənət əsərlərinin əksəriyyəti, siyasətçilərlə qeyri-rəsmi münasibətlərdə olan bəzi müğənnilərin kaprizi ilə məhv edilmişdir. Hazırkı AzTV (Azərbaycan Dövlət Televiziyasının) o zamanlarda işləmiş əməkdaşları danışır ki, arxivin şöbələrini bir-bir gəzərək, Kərimovaya aid olan ifaları yandırırlarmış və şöbələrin əməkdaşları, digər şöbələrlə əlaqə saxlayıb deyirlərmiş ki, əgər hələ onların şöbəsinə gəlib çatmayıblarsa, Flora xanımın əsərlərini rəfdən götürüb gizlətsinlər. Məhz belə ümumxalq sevgisi nəticəsində Flora Kərimovaya aid olan bəzi əsərlər günümüzə qədər gəlib çıxmışdırlar. Filmlərdən bəzən Flora Kərimovanın adı bəzənsə bütövlüklə onun ifa etdiyi əsərlər kəsilib çıxarılırdı. Qəribə orasındadır ki, filmlərin Azərbaycanda olan variantlarında Flora Kərimova olmasa da, Moskvadakı rusdilli variantlarda Flora Kərimova qalıbdır. Amma, çox heyf ki, heç də bütün filmlər Moskvada saxlanılmırdı. Adəti üzrə ilkin çəkilişi rus dilində olan filmlərin bir nüsxəsi Moskvada saxlanılırdı. Bu səbəbdən , Flora Kərimovanın əksər ifaları tarixdən itirilmişdir. Film və cizgi filmlərindən adı kəsilib çıxarıldığına görə, zaman-zaman digər müğənnilər Kərimovanın ifalarını öz adlarına çıxarmaq istəmişlər. Ancaq, heç kimlə dəyişik salınmayacaq bənzərsiz tembri buna yol verməmişdir. Fakt ondan ibarətdir ki, əgər ifaçı digər müğənni olmuş olsaydı, onun adı titlərdə olardı, çünki təqiblərə məruz qalan və adı silinib çıxarılan yeganə sənətkar Flora Kərimova olubdur. Əvəzsiz Sənətkar Rəşid Behbudov Flora Kərimova haqqında demişdir ki, "-Каждая выступление Флоры Керимовой, это театр одного артиста, Каждое ее исполнение-это целый спектакль, сыгранный одной актрисой. (-Flora Kərimovanın hər ifası bir aktyordan ibarət teatrdır (təxmini tərcümə). Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993-1994 -cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edərək, Türkiyənin ən prestijli musiqi proqramlarının qonağı olmuşdur. Hətta, Türkiyənin ən əsas musiqi təqdimat verilişində (İlin Mahnısı) qonaq olmuşdur. O verilişdə adətən Türkiyənin ən öndə olan sənətkarları çıxış edirdi və xaricilər verilişin qonağı olmurdu. 

Flora Kərimova 2005-ci ilin parlament seçkisində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi "Azadlıq" blokunun namizədi olub. Müğənni hakimiyyət dairələrinin müdaxiləsi nəticəsində seçkidə qələbəsi oğurlanıb. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən xalq artisti Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb. Qərara görə, Azərbaycan dövləti sənətkara ümumən 59 min 100 avro təzminat ödəməlidir.