Şimal bölgəsində çətin vəziyyət

Şimal bölgəsində çətin vəziyyət
15:01 23 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən saat 16:00-dan sonra Azərbaycanın şimal rayonları olan Quba, Qusar, Xaçmaz rayonlarında qaz verilməsində məhdudiyyətlər yaranıb. Gecə saatlarından etibarən isə mavi yanacağın verilməsi tamamilə dayandırılıb. Bununla bağlı yaranan məişət çətinliklərindən əlavə, bölgədə hava şəraitinin qeyri-sabit keçməsi və qar yağması əhalinin vəziyyətini daha da çətinləşdirib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi bunla bağlı açıqlama verib.

Bildirilib ki, magistral qaz kəmərlərində təmir işlərinin aparılması ilə əlaqədar qaz verilməsində məhdudiyyətlər yaranıb.

"Hazırda magistral qaz kəmərlərində, həmçinin şimal ixrac qaz kəmərində yay dövrünə keçidlə əlaqədar təmir işləri aparılır", - deyə İbrahim Kərbəlayev bildirilib.

Mənbə
ANS PRESS, Aytəkin Alxaslı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=339909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR