Bank müdürünün ölümü ilə bağlı ilginc faktlar: "Vağzalı ilə dəfn olundu" - FOTO

Bank müdürünün ölümü ilə bağlı ilginc faktlar: "Vağzalı ilə dəfn olundu" - FOTO
16:27 23 Aprel 2015
1114 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 22-si “Avropa” otelinin idman zalında qətlə yetirilən “Zaminbank”ın filial müdiri Azər Məmmədovla bağlı redaksiyaya maraqlı faktlar daxil olub.

Qafqazinfo-ya məlumat verən A.Məmmədovun yaxınları onun qətlinin təsadüfi olduğuna inanmadıqlarını bildiriblər.

Qeyd edək ki, polis idarəsinin yaydığı məlumata görə, idman zalında məşq edərkən S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb və bu zaman S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Yaxınlarının sözlərinə görə isə məşqçi ilə S.Quliyev arasında mübahisə yarandıqdan sonra ikinci özü ilə bir neçə dostunu da gətirib və A.Məmmədovu zaldan çölə çıxarıb. Bu zaman qəbul otağında bankiri ürəyindən iki dəfə bıçaqladıqdan sonra idman zalına daxil olub və məşqçini bıçaqlayıblar. Yaxınları bildiriblər ki, narazılıq S.Quliyevlə məşqçi arasında olsa da, nədənsə ölümcül zərbə A.Məmmədova vurulur...

Digər maraqlı məqam isə qətldə adı hallanan S.Quliyevin dövlət orqanlarından birində rəhbər vəzifəsində çalışan şəxsin mühafizəçisi olmasıdır. Hələlik fakt təsdiqlənmədiyi üçün onun kimin mühafizəçisi olduğunu açıqlamırıq. Qeyd edək ki, qətli törədən şəxs artıq saxlanılıb.

Əldə etdiyimiz digər maraqlı fakt ondan ibarətdir ki, Azərin qardaşı Ayxan da iki il əvvəl Moskvada bıçaqlanıb və aldığı zərbədən bir müddət komada qaldıqdan sonra sağ qala bilib.

Onu da əlavə edək ki, A. Məmmədov “Zaminbank”ın filial müdiri olmaqla yanaşı, uğurlu gənc iş adamı kimi də tanınıb. Belə ki, təxminən bir il əvvəl Kiev şəhərində ona məxsus “YOLO” bar-restoranının açılışı olub. Restoranın açılışından çəkilmiş şəkilləri isə İnstagram hesabında yerləşdirib.
Redaksiyamıza daxil olan digər məlumata görə isə A.Məmmədovun bacısı "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Əlixan Məlikovun oğlu ilə evlidir.

Qeyd edək ki, Azər Məmmədovun yaxınları sosial şəbəkələrdə onun nakam ölməsini ifadə edərək mərhumun dünən "Vağzalı" sədaları altında dəfn edildiyini qeyd ediblər.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/336145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR