Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqin nəticələri açıqlanıb
16:53 23 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 23 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının II ongünlüyü üçün növbəti monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 3.8, Ağstafaçay su anbarında isə 4.3 dəfə yol verilən qatılıq həddini keçib. Fenollar Araz çayı üzrə Horadizdə 4, Birinci Şahsevəndə 4.1, Bəhramtəpədə isə 4.2 dəfə qatılıq həddini keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.Suyun oksigen rejiminin bütün məntəqələrdə 6.35-7.28 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_ve_Araz_transserhed_chaylarinda_kechirilen_monitorinqin_neticeleri_achiqlanib-849086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR