Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürək tutması nəticəsində həyatını itirib.

Həkimlərin sözlərinə görə, o, yol boyu ürəyində ağrı hiss etsə də, “Sizi xəstənin yanına çatdırım, mən bir təhər dözərəm” deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.

Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İsmayılın sükan arxasında həyatını itirdiyini görüblər.