Bankın vəzifəli şəxslərinin əməlləri ifşa edildi

Bankın vəzifəli şəxslərinin əməlləri ifşa edildi
17:44 23 Aprel 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

“Kapitalbank” ASC-nin “İmişli”, “Şabran və “Biləsuvar” filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə qeyd olunan bankdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalar zamanı bankın “İmişli“ filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımovun xidməti vəzifələrinin icrası ilə əlaqədar  qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq saxta kredit müqavilələrinin rəsmiləşdirilməsi, kredit məbləğlərinin müştərilərə tam həcmdə verilməməsi, kreditlərin ödənişə qəsdən yönəldilməməsi, bankın “Şabran” filialının sabiq mütəxəssisi Ceyran Orucovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırlatması, bankın “Biləsuvar” filialının sabiq baş xəzinədarı Nəriman Cəfərov və əməliyyatçısı Pərviz Əzizovun qabaqcadan əlbir olaraq vəfat etmiş rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric etmələri yolu ilə vətəndaşların və bankın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR