Rumiana Baçvarova: Azərbaycan-Bolqarıstan əlaqələri gündən-günə inkişaf edir

Rumiana Baçvarova: Azərbaycan-Bolqarıstan əlaqələri gündən-günə inkişaf edir
22:03 23 Aprel 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+


Sofiya, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin Baş nazirinin müavini, daxili işlər naziri xanım Rumiana Baçvarova ilə görüşüb.
Səfir E.Kərimov son vaxtlar ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, bu əlaqələrin möhkəmlənməsində yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib. O, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyini deyən R.Baçvarova qarşılıqlı münasibətlərin, o cümlədən Daxili İşlər nazirliklərinin əlaqələrinin daha da genişlənməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rumiana_Bachvarova_Azerbaycan_Bolqaristan_elaqeleri_gunden_gune_inkisaf_edir-849276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR