BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar qazanılıb"

BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar qazanılıb"
11:05 25 Sentyabr 2018
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi prosesi gedir və çox yaxşı haldır ki, bir müddət öncə dövlət rəhbəri tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai bu gün "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu" mövzusunda beynəlxalq konfransda deyib.

Qeyd edib ki, belə Şuranın yaradılması DİM-lərin hədəflərinə çatmasında çox böyük töhfə ola bilər.

Q.İsaqzai vurğulayıb ki, eyni zamanda, bu məsələdə parlamentin üzərinə böyük işlər düşür:

"Artıq bu istiqamətdə də bir neçə tədbir keçirilib və hesab edirəm ki, bunlar davamlı xarakter daşıyacaq. Çünki dünyada DİM-lərlə bağlı hələ də ciddi problemlər var, yoxsulluq, aclıqdan əziyyət çəkən insanlar var. Odur ki, DİM-lərlə bağlı hədəflərə çatmaqda hər bir dövlət özü məsuliyyətini anlamalıdır və çox yaxşı haldır ki, Azərbaycanda bu istiqamətdə böyük uğurlar qazanılıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/688445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR