Risklərin idarə edilməsi və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları mövzusunda seminar keçirilib

Risklərin idarə edilməsi və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları mövzusunda seminar keçirilib
17:58 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Mərkəzi Bank və KPMG şirkətinin birgə təşkilatçılığı ilə aprelin 23-24-də Risklərin idarə edilməsi və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) mövzusunda seminar keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, seminarın keçirilməsində məqsəd qeyd edilən sahələrdə bank əməkdaşlarını risklərin idarəedilməsi və MHBS sahəsində ən son yeniliklərlə tanış etmək, onların bilik potensialını artırmaqdan ibarətdir.
Seminar bazar risklərin idarə edilməsi, stress-testlərin aparılması üzrə qabaqcıl təcrübə, banklarda maliyyə sağlamlaşdırılması planının hazırlanması məsələləri, həmçinin, MHBS 9-un tətbiqi, əhəmiyyətli problemləri və strateji nəticələri ilə bağlı məsələləri əhatə edib.
KPMG şirkətinin Almaniya və Rusiya nümayəndə ofislərinin ekspertləri tərəfindən keçirilən seminarda risklərin idarə edilməsi və MHBS sahəsində mövcud vəziyyət, həmçinin bu sahədə mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib, mövzu üzrə suallar cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Risklerin_idare_edilmesi_ve_Maliyye_Hesabatlarinin_Beynelxalq_Standartlari_movzusunda_seminar_kechirilib-849507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR