Böyük Adam haqqında kitab (FOTO)

Böyük Adam haqqında kitab (FOTO)
11:11 25 Aprel 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Səksəninci illərin gəncləri bir "Mahmud və Məryəm" sehrinə düşmüşdülər. Hər kəs Şah Xətainin müasiri Ziyad xan Qacarın oğlu Mahmudun Gəncəçayın qırağında çayın o üzündən gəlmiş xristian qızı Məryəmlə görüşünün tilsimində idi. Görüşün təsviri "Əsli və Kərəm" dastanından gələn, beşiyimizin üstündə lay-lay kimi səslənən "Ərzurumun gədiyindən varanda, onu gördüm burum-burum qar gəlir. Dedim: "Kərəm, gəl bu yoldan qayıdaq". Gördüm, xan oğludur, ona ar gəlir" misraları kimi cazibədar idi. O dövrdə hər kəs, o cümlədən bu sətirlərin müəllifi də dönə-dönə "Mahmud və Məryəm" oxuyurdu. Qara keşişin qızı Məryəmin ardınca hər şeyini atmağa hazır olan Mahmudun həsrətinin, ona aşiq olmuş, onu addım-addım izləyən dünya gözəli Ceyranın dərdinin sirrinə vaqif olmaq istəyirdi.

Təsadüfi deyil ki, millət vəkili, publisist Elmira Axundovanın Elçin haqqında yazdığı kitabının da qızıl xətti "Mahmud və Məryəm"dən keçir. Müəllif 1985-ci ildə Bakıda rusca çapdan çıxmış "Mahmud və Məryəmi" erməni jurnalist Zori Balayanın 1983-cü ildə Moskvada çap edilmiş "Ocaq" əsəri ilə müqayisə edir. Müəllif Balayanın başdan ayağa milli ədavət toxumu səpən kitabı ilə Elçinin dinindən və milliyyətindən asıl olmayaraq insan sevgisini vəsf edən kitabını müqayisə edir.

Bəlkə də elə bu məntiqdəndir ki, müəllif kitabını "Elçinin fövqəl tapşırığı" adlandırır. Çünki əslən Qarabağdan olan və ermənilərin gündən günə artan düşmənçiliyini görə-görə hələ Adəm və Həvvanın yaradılışı ilə bütün Kainata əmr edilmiş insan sevgisinə sadiq qalmaq doğrudan da fövqəl iradə tələb edir. Eyni adlı məqalədə müəllif erməni iddialarının nəticəsi olan qanlı 20 yanvar hadisələrinin Elçinin həyatına vurduğu zərbədən danışır: "1990-cı ilin yanvar hadisləri mənim həyatımı ikiyə qırdı" sözlərinin müəlifi olan yazıçının keçirdiyi sarsıntılardan bəhs edilir.

Elmira xanımın Elçinin tanınmış şəxslər barədə yazdığı qeydləri verməklə onun öz xarakterini açır: "Mühacir Solcenitsın maraqlı şəxsdir. Mühacir şöhrəti yazıçı şöhrətini üstələyir… Nazim Hikmətin yaradıcılığı qarşısında isə mühacir şöhrəti kölgədə qalır". Yaxud: "Tolstoy özünü ideallaşdırmağa imkan vermir. Onun necə ideallaşdırırsan, ideallaşdır, "Qoca Tolstoy" istənilən halda sənin yaratdığın idealdan yüksəkdir».

Bəlkə də, Elmira Axundova bu ifadələrlə özü də bilmədən Elçin əsil qiymətini verir. Uzun illər Vətənə xidmət etmiş bir dövlət xadimi olsa da, "Mahmud və Məryəm" müəllifi Yazıçı Elçin bütün dövlət və ictimaiyyət məqamlarından yüksəkdə durur!


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=340372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR