Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı - Sərxoş imiş...

Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı - Sərxoş imiş...
12:37 13 Dekabr 2018
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 12-də saat 18 radələrində DİN-in "102 - Zəng Mərkəzi"nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/712189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR