Oğuzda üç uşaq anası özünə qəsd etdi

Oğuzda üç uşaq anası özünə qəsd etdi
19:38 13 Dekabr 2018
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda 24 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

"Report"un məlumatına görə, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə əlamətləri ilə rayonun Padar kənd sakini, 1994-cü il təvəllüdlü Nuranə Rafiq qızı Məhərrəmova daxil olub.

Müayinə zamanı onun yaşadığı ünvanda hələlik bilinməyən səbəblərdən sirkə turşusu içdiyi məlum olub. N.Məhərrəmovaya ilkin tibbi yardım göstərilib və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, N.Məhərrəmovanın 3 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/263018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR